Biz kimik
Zəngin iş təcrübəsinə malik olan “Kapital Security” QSC Bakı şəhəri və Azərbaycan Respublikasının müxtəlif bölgələrində müxtəlif istiqamətlər üzrə mühafizə xidmətinin təşkilini həyata keçirir.
Mühafizə xidmətinin təşkili sahəsində zəngin iş təcrübəsinə malik olan “Kapital Security” 480-dən artıq təcrübəli və peşəkar işçi heyətlə 20-dən çox tərəfdaş qurum və şirkətlə əməkdaşlıq edir.
Ən müasir texnoloji yenilikləri öz xidmət sahəsinə inteqrasiya edən “Kapital Security”, beynəlxalq təcrübə və keyfiyyət standartlarını yerli və peşəkar xidmətlə birləşdirməyi hədəfləyir.
Beynəlxalq təcrübəni yerli və peşəkar xidmətlə uzlaşdıran “Kapital Security” şirkəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19 mart 2022-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Yüksək standartlara uyğun və texnologiya əsaslı xidmət təklif edən “Kapital Security” müştərilərin daim dəyişən tələblərinə uyğun keyfiyyətli həll variantları təqdim edir.