Ana səhifə / Xidmətlər
Video müşahidə

Video müşahidə


Müasir dövrdə etibarlı mühafizənin təşkili insan amili ilə texnoloji yeniliklərin sinxron fəaliyyəti ilə mümkündür. Mühafizə olunan obyektlərin və ərazinin mövcud şərtləri, relyefin əlverişsizliyi və ya kəskin iqlim şəraiti mühafizə işini çətinləşdirən səbəblər sırasındadır. Maliyyə xərclərini minimum səviyyədə saxlamaq və insan potensialından düzgün şəkildə istifadə etmək texnoloji yeniliklərin mühafizə işinin təşkilinə cəlb olunmasını şərtləndirir.

Öz işinin peşəkarları ilə müasir texnoloji imkanların vəhdətini yaradan “Kapital Security” şirkəti qeyd olunan problemlərin həll olunması məqsədilə tərəfdaşların istəyinə və ehtiyaclarına uyğun şəkildə video müşahidə sistemlərinin tətbiqini həyata keçirir. 

24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və əraziyə tam nəzarət etməyə imkan verən video müşahidə sistemlərinin quraşdırılması mühafizə işinin operativ təşkil edilməsinə və büdcə xərclərinizin tənzimlənməsinə imkan verir.