Mühafizə xidmətinin əsas meyarı böyük ölçüdə potensial tərəfdaşlar qarşısında etibarlı və güvənilən obraz yaratmaqdan asılıdır. Qeyd olunan məqamlar keyfiyyətli xidmət və müştəri məmnuniyyətinin təmin olunmasında həlledici rola malikdir.
“Kapital Security” şirkəti öz fəaliyyətini daha səmərəli şəkildə təmin edilməsi və tərəfdaşlarla uğurlu koordinasiyanın təşkili məqsədilə yeni ofisini istifadəyə verib. AZ1008, Bakı şəhəri, Təbriz küçəsi, ev 61 ünvanında yerləşən yeni ofis şirkətin potensial tərəfdaşlarla əlaqələrinin genişlənməsinə və öz xidmət səviyyəsi ilə biznes mühitində tanınmasına təkan verəcək.
Əsas nəqliyyat yollarının qovşağında yerləşən və səmərəli fəaliyyət üçün bütün texniki imkanlarla təmin olunmuş yeni ofis, tərəfdaşlarla anlıq koordinasiyanın təşkilinə, layihələrin idarə olunmasına və xidmətlərin uğurlu şəkildə reallaşdırılmasına şərait yaradacaq. Yeni ofis həmçinin şirkətin mühafizə sahəsindəki fəaliyyətlərinin vahid mərkəzdən idarə olunmasını asanlaşdıracaq, daimi məlumat mübadiləsini təmin edəcək.
Qeyd edək ki, “Kapital Security” Bakı şəhəri və Azərbaycan Respublikasının müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidməti təklif edən şirkətdir. Şirkətin əsasən fəaliyyət istiqamətləri sırasında fiziki mühafizədən informasiya təhlükəsizliyinə, müxtəlif təyinatlı infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizənin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması və onlara texniki dəstəyin verilməsi kimi bir çox sahə yer alır.
Şirkət, işçi heyətinin peşəkarlığını, fəaliyyət istiqamətlərini və xidmət səviyyəsini davamlı olaraq təkmilləşdirir, tərəfdaşlarına etibarlı və keyfiyyətli xidmət təqdim etmək üçün çalışır.