Ana səhifə / Xəbərlər
“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə əməkdaşlıq edirik

“Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə əməkdaşlıq edirik


Ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığa dəstək verilməsi, sənaye potensialının gücləndirilməsi və sənayenin inkişafı üçün münbit şəraitin yaradılması məqsədilə müxtəlif Sənaye parkları fəaliyyət göstərir. Bu sənaye parklarının uğurlu və tam təhlükəsiz şəraitdə fəaliyyətinin təmin olunması onların sənaye istehsalı mərkəzlərinə çevrilməsi və bütövlükdə sənayenin inkişafı baxımından olduqca önəmlidir. 

Müqaviləyə əsasən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin, eyni zamanda şirkətin Hacıqabul, Salyan, Sabirabad, Masallı rayonları və Pirallahı adasında yerləşən regional mərkəzlərinin mühafizəsi işi “Kapital Security” tərəfindən həyata keçirilməkdədir. 

Qeyd olunan obyektlərdə giriş-çıxış, yanğın təhlükəsizliyi və siqnalizasiya sistemlərinin quraşdırılması, 24 saat fasiləsiz video müşahidənin təşkili, mümkün risklərin müəyyən olunması və təhlükəsizlik sistemləri üçün zəruri texniki təminat “Kapital Security” şirkəti tərəfindən təmin olunur. 

Qeyd edək ki, “Kapital Security” şirkəti Bakı şəhəri daxil olmaqla Azərbaycan Respublikasının müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidməti təşkil edir. Fiziki mühafizə, informasiya təhlükəsizliyi, müxtəlif təyinatlı infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizənin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması və onlara texniki dəstəyin verilməsi kimi bir çox xidmət şirkətin əsas fəaliyyət istiqamətləri sırasında yer alır.