Müasir dövrün tələbləri ətraf mühitinin təhlükəsizliyinin və əmək fəaliyyətinin davamlılığının təmin edilməsində etibarlı və güvənilən mühafizənin təşkilini şərtləndirir. Əmək təhlükəsizliyinin təmin olunması, işçi heyətin tam təhlükəsiz şəraitdə fəaliyyətinin təşkili və əmək prosesi nəticəsində ətraf mühitə mümkün zərər riskinin minimuma endirilməsi tərəfdaş qurum və şirkətlər üçün xüsusi önəmə malikdir.
“Kapital Security” şirkəti işçi heyətin SƏTƏM üzrə bilik və bacarıqlarının daim təkmilləşdirilməsini, innovativ və beynəlxalq təcrübəyə əsaslanan yeni metodikadan istifadəni əsas prioritetlərindən biri hesab edir. Bu məqsədlə şirkətin işçi heyətinin SƏTƏM üzrə nəzəri və praktiki biliklərinin yoxlanılması istiqamətində növbəti müsabiqə həyata keçirilib.
Müsabiqə zamanı işçi heyətin əmək təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı təməl bilik və bacarıqları sınaqdan keçirilib. Müxtəlif fəaliyyət istiqamətləri üzrə və ekstremal şəraitlərdə davranış qaydaları, fiziki, kimyəvi, radioaktiv və psixoloji tipli təhlükələrin vaxtında müəyyən edilməsi və risk amilinin minimuma endirilməsi ilə bağlı praktiki vərdişləri yoxlanılıb.
Qeyd edək ki, “Kapital Security” şirkəti Bakı şəhəri daxil olmaqla Azərbaycan Respublikasının müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidməti təşkil edir. Fiziki mühafizə, informasiya təhlükəsizliyi, müxtəlif təyinatlı infrastruktur və obyektlərin mühafizəsi, yanğından mühafizənin təşkili, təhlükəsizlik və kamera sistemlərinin quraşdırılması və onlara texniki dəstəyin verilməsi kimi bir çox xidmət şirkətin əsas fəaliyyət istiqamətləri sırasında yer alır.
Çoxillik iş təcrübəsini texnoloji yeniliklər və peşəkar şəxsi heyətlə birləşdirən “Kapital Security” şirkəti tərəfdaşlarının ehtiyaclarına və tələbatına uyğun keyfiyyətli xidmətlər təklif edir. Xidmət sahələrini daim təkmilləşdirən şirkət, mövcud fəaliyyət istiqamətləri üzrə təklif etdiyi qabaqcıl və innovativ həllərlə bir çox qurum və şirkət üçün arzuolunan və peşəkar tərəfdaşa çevrilməyə nail olub.